Fransa klubu yeni baş məşqçisini açıqladı

00:15 - 22 May 2026

"Tuluza" yeni baş məşqçisinin təyinatını açıqlayıb.

Sportal.az xəbər verir ki, komandaya Jens Bertel Askou rəhbərlik edəcək. O, bir mövsüm çalışdığı "Motervell"dən ayrılıb.

Danimarkalı mütəxəssisin rəhbərliyi altında Şotlandiya klubu bütün turnirlərdə 47 oyun keçirib, 23 qələbə qazanıb, 11 dəfə məğlub olub və 13 oyunda heç-heçə edib. "Motervell" mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub.

"Tuluza" isə Liqa 1-də 33 turdan sonra topladığı 44 xalla 10-cu yerdə qərarlaşıb.

Xəbər xətti