"Mançester Yunayted" rəhbərliyi hər iki keçidi reallaşdıra biləcəklərinə inanır

00:44 - 22 May 2026

"Mançester Yunayted" yayda iki yarımmüdafiəçini transfer etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Mançester təmsilçisi Edersonun "Atalanta"dan və Sandro Tonalinin "Nyukasl"dan keçidində maraqlıdır. "Sky Sport Italia"nın məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi qarşıdakı transfer pəncərəsində hər iki transferi reallaşdıra biləcəyinə əmindir.

Qeyd olunur ki, braziliyalı futbolçu ilə "Atletiko" da maraqlanır, lakin Madrid klubunun onu transfer etməsi çox çətin görünür.

Ederson cari A Seriyası mövsümündə 30 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Sandro Tonalinin isə Premyer Liqada keçirdiyi 35 matçda 2 assisti var.

Xəbər xətti