Pley-off matçında "Qəbələ"nin rəqibi hansı komanda olacaq? - bu gün dəqiqləşəcək

11:18 - 22 May 2026

Bu gün Azərbaycan I Liqasında sonuncu turun matçları keçiriləcək.

Sportal.az xəbər verir ki, 27-ci tur çərçivəsində ən vacib görüş Mingəçevirdə keçiriləcək. 

Belə ki, “Mingəçevir” və “Səbail” klubları turnir cədvəlində 2-ci pillənin müqəddəratını həll edəcək görüşə çıxacaq. Bu matçda “Səbail”i heç-heçə qane edirsə, “Mingəçevir” yalnız qalibiyyət alacağı təqdirdə 2-ci pilləni tutacaq və “Qəbələ” ilə Misli Premyer Liqasına yüksəlmək üçün pley-off matçında oynamaq hüququ qazanacaq. 

15:30 “Zaqatala” – “Şəfa”
17:00 “Şahdağ-Qusar” – “Baku Sporting” 
17:00 “Mingəçevir” – “Səbail”
 

Xəbər xətti