Velko Simiç "Sabah"la anlaşmağa yaxındır - çempion ona görə "Sivasspor"a təzminat ödəməyəcək

13:46 - 23 May 2026

Çempionluq yolunda "Sabah"ın əsas fiqurlarından olan Velko Simiçlə danışıqlar davam edir. Arxada qalan mövsümü icarə əsasında keçirən serb futbolçuyla uzunmüddətli müqavilə nəzərdə tutulub.

Sportal.az saytının əldə etdiyi məlumata görə, artıq tərəflər razılığa gəlmək ərəfəsindədilər. Simiç "Sabah" kimi iddialı klubda qalmaq, çıxışını əvvəllər də bir yerdə çalışdığı Valdas Dambrauskasın yanında davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Simiçin müqavilə ilə məxsus olduğu "Sivasspor"la anlaşmasına xitam verilib. "Sabah" ona görə təzminat ödəməyək, futbolçunu azad agent kimi transfer edəcək. 

Xəbər xətti