"Real"da ayrılıq qərarı - RƏSMİ

20:35 - 22 May 2026

"Real" mövsümün sonunda müqaviləsi baaşa çatan David Alaba ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi avstriyalı müdafiəçi ilə yollarını ayıracaq. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alaba ilə yeni sözləşmə imzalanmayacaq. 33 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə "kral klubu"nu tərk edəcək.

Qeyd edək ki, David Alaba 2021-ci ilin yayından "Real"da çıxış edir. Avstriya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti