Bu mövsüm "Qarabağ"ın çempionluğu əldən verməsi həm gözlənilməz, həm də azarkeşləri üçün üzüntülü oldu. Belə hal son dəfə 5 il əvvəl yaşanmışdı. O vaxt son turda "Neftçi"yə uduzub titulu əldən vermişdilər.
Bu dəfə "Sabah" "Qarabağ"la böyük xal fərqi yaradaraq çempionluğu Qurban Qurbanovun komandasından almış oldu. Belə gedişatı yəqin ki, heç kim gözləmirdi. Çempionlar Liqasında Avropanı təəccübləndirən komanda daxili çempionatda heç özünə bənzəmədi.
Maraqlı odur ki, belə aqibətlə üzləşən tək "Qarabağ" deyil. Məsələn, Avropaya səs salan, ÇL-də "İnter" kimi nəhəngi mübarizədən kənarlaşdırıb 1/8 finala qədər irəliləyən "Bodo-Qlimt" də çempionluğu əldən verib. Norveçdə çempionat ilin fəsillərinə uyğun olaraq, Avropanın əksər çempionatlarıyla müqayisədə fərqli dönəmdə keçirilir. Lakin fakt odur ki, "Qarabağ" kimi iki cəbhədə mübarizə aparan "Bodo-Qlimt" ötən ilin dekabrında bitən mövsümdə çempionluğu əldən verib.
"Qarabağ"ın aqibətini yaşayanlardan biri də, Kiprin "Pafos" klubudur. Çempionlar Liqasında Liqa mərhələsinə düşən "Pafos" üçün də iki turnirdə oynamaq çempinatda ağır gəlib. Belə görünür ki, Son çempion bu mövsüm Kipr çempionatında ilk üçlükdən də kənar qalacaq.
Sportal.az
saytlarin hazirlanmasi
