"Sabah"ın istedadlı futbolçularından olan Xəyal Əliyevin yeni mövsümə harada başlayacağı müəyyənləşib. O, daha 2 il "Sabah"da çıxış edəcək.
Sportal.az xəbər verir ki, bu barədə saytımıza klubun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, futbolçunun hələ iki il qüvvədə olan müqaviləsi davam edir.
Qeyd edək ki, bu mövsüm "Sabah"ın heyətində Premyer Liqada 29 oyuna çıxan Xəyal Əliyev 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Kubok matçlarında isə 3 oyuna 1 assisti olub.
saytlarin hazirlanmasi
