Səudiyyə Ərəbistanında mövsümün ən yaxşıları bəlli oldu

14:25 - 23 May 2026

"Əl-Nəsr"in hücumçusu Joau Feliş 2025/26 mövsümünün yekunlarına əsasən Səudiyyə Pro Liqasının ən yaxşı oyunçusu seçilib.

Sportal.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının mətbuat xidməti məlumat yayıb.

​Bu mövsüm çempionatda 33 oyuna çıxan 26 yaşlı portuqaliyalı futbolçu 20 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

​Səudiyyə Ərəbistanı çempionatının qallibi yekunda 86 xal toplayan "Əl-Nəsr" olub. Turnir cədvəlinin ikinci pilləsində isə onlardan 2 xal az toplayan "Əl-Hilal" qərarlaşıb.

​Onu da qeyd edək ki, mövsümün ən yaxşı məşqçisi mükafatı "Əl-Nəsr"i çalışdıran Jorje Jezuşa qismət olub. Portuqaliyalı mütəxəssisin bu yay Səudiyyə klubundan ayrıla biləcəyi gözlənilir.

Xəbər xətti