"Kəpəz"in qapıçısı Yusif İmanov ötən mövsümün əvvəlində birtərəfli qaydada müqaviləni pozaraq "Sabah"ı tərk etmişdi. Bundan sonra klub müvafiq qurumlara şikayət edərək İmanovdan 53 min manat təzminat tələb etsə də, nə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsi, nə də AFFA Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın xeyrinə qərar çıxarmışdı.
Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Yusif İmanova 10 min manat təzminat ödəməsi barədə qərar vermiş, ikinci instansiya isə həmin qərarı qüvvədə saxlamışdı.
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Sabah" CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət edib. Paytaxt klubu mübahisəli məsələnin həlli üçün son instansiyaya baş vurub. Lakin klub qəribə durumla üzləşib. CAS məsələnin baxılması üçün klubdan 23 min İsveçrə frankı (təxminən 50 min manat) istəyib. Yəni, "Sabah"ın tələb etdiyi təzminat elə işin baxılması qiymətinə başa gələcək.
Məhz bu məqam tərəddüd üçün səbəb olub. Çünki klub CAS-a həmin məbləği ödəsə belə, bu, qərarın məhz onların xeyrinə çıxacağı anlamına gəlmir. Hər halda "Sabah" iyun ayının sonuna qədər CAS-a mövqeyinə bildirməlidir. Ya klub İmanova 10 min manat təzminat ödəməli olacaq, ya da CAS-a 50 min manat ödəyib işə baxılmasını istəyəcək.
saytlarin hazirlanmasi
