“Qarabağ” üç futbolçu ilə yollarını aayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramin Seydayevlə əməkdaşlığa yekun vurulub. İcarə əsasında komandada çıxış edən Samy Mmaee isə məxsus olduğu Zaqreb "Dinamo"suna geri qayıdıb.
Klub futbolçulara çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi
