"Mançester Siti"nin yarımmüdafiəçisi Niko O'Rayli İngiltərə Premyer Liqasında mövsümün nəticələrinə əsasən ən yaxşı gənc oyunçu seçilib.
Sportal.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı ingiltərəli futbolçu mükafat uğrunda mübarizədə Rayan Şerki ("Mançester Siti"), Mateuş Fernandeş ("Vest Hem"), Lyuis Holl ("Nyuasl"), Maykl Kayode ("Brentford"), Eli Krupi ("Bornmut"), Kobbi Meynu ("Mançester Yunayted") və Aleks Skottu ("Bornmut") qabaqlayıb.
Qeyd edək ki, Niko O'Rayli bu mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
