Yuri Vernidub: "Heyətin güclənməsinə ehtiyac var"

17:40 - 23 May 2026

"Neftçi" Misli Premyer Liqasının 33-cü turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə dəyişikliklər çox olacaq?

- Nə istəyirdiksə, ona nail olduq. Mövsümü başa vurduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Bir çox oyunçunun klubla müqaviləsi başa çatır. Daha əvvəl də demişdim ki, futbolçularla bu barədə söhbərlər mövsüm bitdikdən sonra olacaq. Yüz faiz onu deyə bilərəm ki, heyətin güclənməsinə ehtiyac var. Bu işlə məşğul olacağıq. Klubun sahibləri var. Onlar mənə suallar verəcəklər, mən də onların suallarına cavab verəcəyəm. Həm Konfrans Liqasında, həm Premyer Liqada yaxşı nəticələr əldə etmək üçün mütləq komandanı gücləndirməliyik. Sabahdan etibarən kimlərin qalacağına, kimlərin gedəcəyinə qərar verəcəyik.

- Emil Balayev uzun müddətdən sonra milliyə dəvət aldı. Son dövrlərdə göstərdiyi peformansa görə Emili növbəti mövsümdən etibarən əsas qapıçı kimi görə bilərik?

- Öncə Emili təbrik edirəm. Son beş matçda yaxşı performans göstərib. Bunun sayəsində milliyə də dəvət aldı. İşləməyə davam edirik. O, liderdir. Hazırda kimin "bir nömrə" olacağını deyə bilmərəm. Təlim-məşq toplanışından sonra buna qərar verəcəyik. Məni sevindirəm odur ki, böyük oyunlara çıxmaq üçün üç yaxşı qapıçım var. Bunlar Emil Balayev, Kenan Piriç və Rza Cəfərovdur.

- Yerli bazardan diqqətinizdə olan futbolçular var?

- Premyer Liqa klublarında həm yaxşı azərbaycanlı, həm də legioner futbolçular var. Seçim etsəm, bəlkə də azərbaycanlı oyunçuları seçərdim. Eyni zamanda milli komandaya da dəstək olmaq istəyirəm. Nə qədər yaaxşı yerli futbolçu olsa, milli üçün faydalıdır. Azərbaycanda çıxış edən diqqət çəkən əcnəbi futbolçular da var. Əgər eyni mövqe üçün həm yerli, həm əcnəbi namizəd varsa, gərək əcnəbinin səviyyəsi daha yuxarı olsun ki, onu götürək. Səviyyələri bərabərdirsə, yerlini seçərəm.

- Avrokuboklara yaxşı hazırlaşmaq üçün vaxt azdır. vaxtın azlığı sizin üçün problem yarada bilər?

- Bu, təkcə bizim üçün problem deyil. Problem olmaması üçün əlimizdən gələni edəcəyik. Hər bir vəziyyətə hazıram.

- Burada işlədiyiniz müddətdə kifayət qədər rəğbət qazanmısız. Azarkeşlər istəyir ki, sizinlə uzunmüddətli əməkdaşlıq edilsin. Belə bir layihəyə özünüzü hazır hesab edirsiz?

- Ən azı 1 ilim var. Bu müddət ərzində əlimdən gələni edəcəyəm. Məşqçi işi çətindir. Bu gün atın üstündəsən, sabah atdan düşə bilərsən. Əgər elə bir təklif olarsa, əlbəttəki, düşünərəm. Həm Azərbaycanı, həm buradakı insanları çox sevirəm. Burada olmaqdan məmnunam.

- Ukraynadan kənarda heç bir klubda uzun müddət işləməmisiz. Bunun səbəbi nədir?

- Ukraynada uzun müddət çalışmışam. Bütün mərhələləri keçmişəm. Həm akademiya, həm ikinci komanda, həm də əsas komandada çalışmışam. Belarusda fəaliyyət göstərdikdən sonra Ukraynaya qayıtdım və "Krivbas"la bürünc medal qazandım. Təkliflər olarsa, baxmaq olar. Onu da deyim ki, "Neftçi" kimi böyük kluba gəlmişəm. Burada şərtlər əladır. Bircə qalır işləmək.

Elçin Əlixan

Xəbər xətti