Mahir Emreli sabiq klubuna qayıda bilər - APOEL də onu istəyir

15:48 - 24 May 2026

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yayda karyerasında dəyişiklik edəcək.

Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın forvardına bir neçə klubdan təklif var.

O, “Kayzerslautern”də çox da oynamadığı üçün ayrılığa daha müsbət yanaşır. Emrelinin xidmətində sabiq komandası “Nürnberq” də var.

Miroslav Kloze onu yenidən sərəncamında görmək istəyir.

Millimizin aparıcı üzvünün xidmətində maraqlı olan digər klub isə APOEL-dir. Nikosiya təmsilçisi yayda Emrelini heyətində qatmağı planlaşdırır.
 

Xəbər xətti