"Fənərbaxça” yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Marsel”in vingeri Meyson Qrinvudu heyətinə qatmağı planlaşdırır. Türkiyə nəhəngi 24 yaşlı futbolçu üçün artıq indidən hərəkətə keçib.
İngilis yarımmüdafiəçinin “Fənərbaxça”ya hansı cavabı verəcəyi qarşıdakı ay bəlli olacaq.
Qrinvudun “Marsel”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Mançester Yunayted”in yetirməsi və sabiq futbolçusudur. Bununla yanaşı isə, “Xetafe”də də çıxış edib.
