"Cox Energy" şirkətinin rəhbəri Enrike Rikelme "Real" prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Sportal.az xəbər verir ki, Florentino Perezin bir neçə dəfə ardıcıl olaraq rəqibsiz şəkildə yenidən prezident seçilməsindən sonra öz namizədliyini açıqlayan Rikelme açıqlamasında bunları qeyd edib:
“Bu gün "Real" üçün çox vacib gündür. 20 ildən sonra nəhayət səs verə biləcəyik. Bu, kiməsə qarşı irəli sürülmək deyil, bu, "Real" naminə irəli sürülməkdir. Biz həm idman, həm də sosial baxımdan ciddi və ilhamverici layihə hazırlamaq üçün uzun müddət çalışmışıq. Siz çox bəyənəcəyiniz bir layihə görəcəksiniz. Bu gün seçkilərdən zövq almaq və ən yaxşı layihəyə səs vermək günüdür.
Səs verənlərdən qorxmamağı və bizi dinləmək üçün cəsarətli olmağı xahiş edirəm. Layihəmiz qısa, orta və uzunmüddətli perspektivə hesablanıb. Seçki komissiyası bizi rəsmi namizəd kimi təsdiqləyən kimi bütün təşəbbüslərimizi təqdim etmək üçün gecə-gündüz çalışacağıq”.
saytlarin hazirlanmasi
