“Spartak” klubunun həmtəsisçisi, "Lukoil" şirkətinin qurucusu Vahid Ələkbərov "qırmızı-ağlar"ın qarşıdakı mövsüm Rusiya çempionu olacağını açıqlayıb.
Sportal.az "Matç TV"yə istinadən xəbər verir ki, Rusiya kubokunun "Krasnodar"a(1:1, 4:3) qarşı final görüşündən sonra danışan Ələkbərov bunları deyib:
"Fantastik oyun oldu. Təbii ki, məqsədlər var. Qarşıdakı mövsüm "Spartak" çempion olacaq".
Qeyd edək ki, "Spartak" bu mövsüm ölkə çempionatında 4-cü pillədə başa vurub. Rusiya kubokunun finalında isə onlar "Krasnodar"a penaltilərlə qalib gəlib.
saytlarin hazirlanmasi
