Lionel Messi DÇ-2026-dan əvvəl zədələndi

12:58 - 25 May 2026

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-dan əvvəl zədələnib.

Sportal.az xəbər verir ki, argentinalı “İnter Mayami”nin “Filadelfiya Yunion”la son görüşdə zədələndiyi üçün 73-cü dəqiqədə meydanı tərk edib. 

MLS klubunun tibbi heyətinin bu gün argentinalı hücumçunun vəziyyətini qiymətləndirəcəyi və zədənin nə dərəcədə ciddi olub-olmadığı müəyyən ediləcək. 

Argentina millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Əlcəzairə qarşı keçirəcək.
 

Xəbər xətti