"Latsio"nun baş məşqçisi Mauritsio Sarri A Seriyasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Atalanta" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sarri Berqamo təmsilçisində Raffaele Palladinonu əvəz edəcək. 67 yaşlı məşqçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Mauritsio Sarri 2025-ci ilin yayından "Latsio"nu çalışdırır.
saytlarin hazirlanmasi
