"Neftçi" "Sabah" və "Qarabağ"ı qabaqladı, çempionluğunu rəsmiləşdirdi - VİDEO

00:17 - 26 May 2026

AFFA U-17 Liqasında mövsümə yekun vurulub.

Sportal.az xəbər verir ki, 2025/2026 mövsümünün qalibi "Neftçi" olub.

Elvin Məmmədovun baş məşqçisi olduğu "ağ-qaralar" əsas rəqibləri "Sabah" və "Qarabağ"ı geridə qoyaraq çempionluğu rəsmiləşdiriblər.

"Altılıq"da 29 xal toplamış "Neftçi" son turda "Sabah"la 0:0 oynayaraq, kubok və qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycan milli komandasının sabiq futbolçusunun gənc baş məşqçi kimi ilk uğurudur.

Xəbər xətti