“Neftçi” mövsümün əvvəlində icarə əsasında heyətinə cəlb etdiyi və komandanın əsas oyunçularından birinə çevrilən Freddi Varqasla yola davam etmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” venesuelalını saxlamaqdan ötrü artıq danışıqlara start verib.
“Neftçi” onu icarəyə götürərkən “Makkabi”(Netanya) ilə danışığı belə olub ki, mövsümün sonunda istəsə, futbolçunun transfer hüququna yiyələnə biləcək. İsrail tərəfi bu transferə görə “Neftçi”dən 1 ilyon avro tələb edir. Müqavilədə bənd var ki, bu pul ödənilsə, Varqas komandada saxlanılacaq. “Neftçi” də bu transferi reallaşdırmağa çalışır.
27 yaşlı futbolçu “Deportivo Lara”, “Dallas”, “Metropolitanos”, “Makkabi Bney Reyne” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
