“Sabah” qapıçı Nicat Mehbalıyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı qolkiperlə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Nicat Mehbalıyev 2020-ci ilin yayından "Sabah"da çıxış edirdi. O, başa çatan mövsümdə Masazır təmsilçisinin heyətində 2 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
