"Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildikdən sonra səviyyə artıb" - Kurban Berdiyev

23:22 - 26 May 2026

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev uşaq-yeniyetmə futbolu haqqında danışarkən, Azərbaycanda istedadlı futbolçuların da olduğunu qeyd edib.

Sportal.az xəbər verir ki, Bakıda “Cappuccino & Catenaccio Show” yutub layihəsinin qonağı olan türkmənistanlı mütəxəssis Misli Premyer Liqasında ləğv edilmiş legioner limitinin faydalarından da danışıb:

"Mən Azərbaycanda Əvəzedicilər Liqasında bütün komandaların oyunlarına baxıram. Burada çoxlu istedadlı gənclər var. Özü də çox. Həmin gənc istedadlı oyunçuların itməməsi üçün düzgün sistem qurmalıyıq.

Xarici oyunçulara limit lazımdırmı? Mən buna qarşıyam. . İndi liderlər istənilən rəqibə qarşı xal itirə bilərlər. İndi isə azərbaycanlı futbolçuların, o cümlədən bizim komandadakılar daha çox çalışmalıdırlar. Ötən mövsüm heyətdə yerləri təmin edilmişdi. İndi daha çox səy göstərərək milli komandaya da düşüblər. Keçən ilki sistemdə onlar buna düşməzdilər. Oyunçular yalnız oynamaqla kifayətlənərdilər. Amma indi çox çalışmalıdırlar".
 

Xəbər xətti