Niko Paz "Koma"dan ayrılmaq istəmir.
Sportal.az xəbər verir ki, insayder Canluka Di Marzionun məlumatına görə, yarımmüdafiəçi İtaliya klubunda daha bir mövsüm keçirmək niyyətindədir. Serie A təmsilçisinin rəhbərliyi futbolçunu saxlamağa çalışır və onun daha bir il komandada qalması üçün əlindən gələni edir. Lakin qərarı "Real" verəcək. Madrid klubu Argentina millisinin üzvünü 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya geri alma hüququna malikdir.
“Komo”da bilirlər ki, “kral klubu”nun baş məşqçi postuna qayıdan Joze Mourinyo Pazı elə indi komandada görmək istəyir. Buna baxmayaraq, klub prezident seçkilərinin transferi ən azı bir il gecikdirəcəyinə ümid edir.
Qeyd edək ki, Niko bu mövsüm Serie A-da 35 oyun keçirib və 12 qol vurub.
saytlarin hazirlanmasi
