Misli Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.
Sportal.az xəbər verir ki, nəticəsi ləğv olunan “İmişli” – “Sumqayıt” matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox seyrçi XXVIII turun “Qarabağ” – “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.
Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb – 39 min 560 (orta göstərici - 2473)
| KLUB | TAMAŞAÇI | OYUN | ORTA | |
| 1 | Qarabağ | 51167 | 17 | 3010 |
| 2 | Neftçi | 44693 | 16 | 2793 |
| 3 | Sumqayıt | 39560 | 16 | 2473 |
| 4 | Turan Tovuz | 34550 | 16 | 2159 |
| 5 | Karvan-Yevlax | 27380 | 17 | 1611 |
| 6 | Sabah | 23623 | 17 | 1390 |
| 7 | Şamaxı | 18150 | 17 | 1068 |
| 8 | Kəpəz | 13150 | 16 | 822 |
| 9 | Zirə | 12350 | 17 | 726 |
| 10 | Qəbələ | 9670 | 16 | 604 |
| 11 | İmişli | 7765 | 16 | 485 |
| 12 | Araz-Naxçıvan | 3720 | 17 | 219 |
| cəmi | 285778 | 198 | 1443 |
