"Səbail"in futbolçusuna 3 oyunluq cəza verildi

16:52 - 26 May 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

21 may 2026-cı il tarixində I Liqada XXVII turun MOİK – “Difai” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Zaqatala” – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 77-ci dəqiqəsində “Səbail” komandasının 15 nömrəli futbolçusu Fəxri Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 84-cü dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Lətif Rzayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 86-cı dəqiqəsində “Səbail” komandasının məşqçisi İlyas Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 750 manat cərimə edilsin (maddə 51.2);

Xəbər xətti