"Real" mövsümün sonunda müqaviləsi başa çatan Antonio Rüdigerlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, "kral klubu" almaniyalı müdafiəçinin sözləşməsinin müddətini uzadacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq Rüdigerlə razılıq əldə olunub. 33 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
