"Milan", “Yuventus” və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo DÇ-2026 ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, “Rossiyskaya qazeta”ya danışan italiyalının fikrincə mundialın əsas sürpriz komandası Norveç yığması olacaq:
- Dünya çempionatında iştirakçılarının sayının 48-ə çatdırılması yaxşı haldır, yoxsa futbolun səviyyəsinin aşağı düşməsinə səbəb olacaq?
- Bunu görəcəyik. Hazırda müxtəlif fərziyyələr irəli sürə bilərik. Lehinə və əleyhinə arqumentlər var. Amma fərqli bir sistem altında dünya çempionatında heç vaxt oynamayacaq ölkələrin komandalarının indi bu şənliyin bir hissəsi ola bilməsi əlbəttə ki, əladır.
- Lionel Messi, Kriştiano Ronaldo və Neymar kimi superulduzlardan nə gözləyirsiniz? Onlar hələ də bu səviyyədə parlaya və kuboku qazana bilərlərmi?
- Söhbət sadəcə meydandakı iştirakları ilə oyunu dəyişdirən oyunçulardan gedir. Ümid edirik ki, onların ustalığından yenidən zövq ala bilərik.
- Dünya Kubokunda bizi hansı komanda təəccübləndirə bilər? Kimdən irəliləyiş gözləyə bilərik?
- Məncə, Norveç millisi dünya çempionatında sürpriz ola bilər.
Qeyd edək ki, Pirlo 2006-cı il İtaliya millisinin heyətində dünya çempionu olub.
saytlarin hazirlanmasi
