"Motor"dan ayrılacaq Renat Dadaşov yeni mövsümə Kiprdə başlamaq variantına sahibdir.
Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin hücumçusuna “Anortosis” maraq göstərir.
İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezinin çalışdırdığı klub Dadaşovla 1 illik müqavilə imzalamağı gözdən keçirir.
Fərqli ölkə klublarından, Azərbaycan Premyer Liqası təmsilçilərinin də transfer siyahısında yer almış Dadaşov millinin Avstriya toplanışından sonra yeni mövsümlə bağlı qərarını verəcək.
27 yaşlı forvardın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, millimizin sabiq üzvü Araz Abdullayev də "Anortosis"də oynayıb.
saytlarin hazirlanmasi
