"Turan Tovuz"un müdafiəçisi dünya çempionatı üçün milliyə dəvət aldı

20:10 - 26 May 2026

Bu gün Panama millisinin DÇ-2026 üçün yekun heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Tomas Kristiansen mundiala yollanacaq heyətə "Turan Tovuz"un müdafiəçisi Roderik Milleri də dəvət edib.

Qeyd edək ki, Roderik Miller Premyer Liqamızda çıxış edərək Dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Panama millisi DÇ-2026-nın final mərhələsinin L qrupunda İngiltərə, Xorvatiya və Qana ilə mübarizə aparacaq.


Xəbər xətti