"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtaliya çempionu Cons üçün İngiltərə klubuna 20 milyon avroluq təklif göndərib. Premyer Liqa nəhəngi isə oyunçusu üçün 30 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.
Qeyd edək ki, Körtis Cons "Liverpul"un yetirməsidir. O, başa çatan mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
