Qvardiolanın milli komanda arzusu

22:09 - 27 May 2026

"Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiola gələcəkdə milli komandalardan birinə rəhbərlik edə bilər.

Sportal.az "talkSPORT"a istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis klubda 10 illik fəaliyyətini başa vuraraq “şəhərlilər”dən ayrılır. O, bu müddətdə 20 titul qazanıb. Qvardiola bundan sonra "City Football Group"un səfiri olacaq. Holdinqə “Mançester Siti” ilə yanaşı daha 10 klub daxildir.

Pep bir gün İngiltərə yığmasına baş məşqçilik etməyi arzulayır. Eyni zamanda, Səudiyyə Ərəbistanı da 55 yaşlı mütəxəssisi milli komandaya gətirmək istəyir.

Xəbər xətti