"Barselona"nın təklif etdiyi maaşla razılaşdı - klubu ilə danışıqlar davam edir

14:59 - 28 May 2026

"Barselona" yay transfer pəncərəsində hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İspaniya çempionunun əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir.

"Barselona" argentinalı hücumçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Dünya çempionu 18,5 milyon avroluq maaş təklifini qəbul edib.

Oyunçu ilə razılıq əldə olunduqdan sonra "Barselona" "Atletiko" ilöə danışıqları davam etdirir. Kataloniyalılar 26 yaşlı forvard üçün Madrid klubuna 90+10 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Xulian Alvares 2025/2026 mövsümündə "Atletiko"nun heyətində meydana çıxdığı 49 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə edib. Argentina millisinin üzvünün klbula müqaviləsi 2030-cu ilin yayına kimidir.

Xəbər xətti