Pley-off: "Qəbələ" Premyer Liqada qaldı - YENİLƏNİB

20:33 - 28 May 2026

Bu gün növbəti mövsümdə Misli Premyer Liqasında iştirak edəcək sonuncu - 12-ci komanda məlum olub.

Sportal.az xəbər verir ki, pley-off matçında "Qəbələ" ilə "Mingəçevir" üz-üzə gəlib.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv qalib gələrək Premyer Liqadakı yerini təmin edib.

"Qırmızı-qaralar" Premyer Liqanı 11-ci pillədə başa vurub. "Mingəçevir" isə I Liqası 2-ci yerdə tamamlayıb.

FIFA referisi Tural Qurbanovun idarə edəcəyi qarşılaşma "SOCAR Polymer Arena"da keçiriləcək və saat 18:30-da start götürəcək.

28 may (cümə axşamı)

“Qəbələ” – “Mingəçevir” 2:0
Qollar:
Əkbər Eyubov 36(avtoqol), Keyta (p)45+5
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”

Xəbər xətti