"Arsenal"ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının PSJ ilə keçiriləcək final matçında öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandalar arasındakı əvvəlki oyunların böyük əhəmiyyətinin olmayacağını qeyd edib. Onun fikrincə, hər iki kollektiv əhəmiyyətli dərəcədə dəyişib:
"Düşünürəm ki, hər iki komanda dəyişib. Əvvəlkilər üç çox fərqli oyun, üç çox fərqli an idi. Final taktiki cəhətdən komanda qarşıdurması olacaq. Funksionallıq, uyğunlaşma bacarığı və intensivlik baxımından müstəsna bacarıqlara malik iki komanda qarşılaşır. Həmçinin fərdi epizodlar da olacaq. Çempionlar Liqasına baxsanız, orada çox şey məhz buna bağlıdır. Bilirik ki, qalib gəlmək üçün ən yaxşı formamızda olmalıyıq.
Çemionlar Liqası finalı nəhəng bir hadisə, böyük bir imtiyazdır. Finala yüksəlməyin effektini, insanların necə reaksiya verdiyini, oyuna necə can atdıqlarını görürsən. Çempionlar Liqası klub futbolunda xüsusi turnirdir. Bu gündən həzz almağı və təbii ki, qalib gəlməyi çox istəyirəm".
Qeyd edək ki, "Arsenal"la PSj arasındakı final matçı sabah Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
