"Ağstafa Gəncləri" II Liqada yerini qorudu

18:06 - 29 May 2026

Bu gün yeni mövsüm üçün II Liqaya vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçirilib. 

Sportal.az xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşmada "Ağstafa Gəncləri" 3 cabvasız qolla qələbə qazanıb və növbəti mövsümII Liqadakı yerini qoruyub.

Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" II Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.

29 may (cümə) 
II Liqa uğrunda pley-off oyunu 

"Biləsuvar" – "Ağstafa Gəncləri" - 0:3
Qollar: Ə.Bağırov, 9, A.Tağıyev, 45+2, E.Hüseynov, 47
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu

Xəbər xətti