"İnter" "Bavariya"dan 40 milyon avro tələb edir - danışıqlar başladı

01:00 - 30 May 2026

Yann Aurel Bissek bu yay Almaniyaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" müdafiəçiyə ciddi maraq göstərir və artıq "İnter" ilə rəsmi danışıqlara başlayıb. İtaliya klubu futbolçu üçün 40 milyon avro tələb edir.

Xatırladaq ki, Bissek “Köln” akademiyasının yetirməsidir və Milanda üç mövsüm keçirib. O, Serie A 2025/26 mövsümündə 3 qol vurub.

Xəbər xətti