"Arda Gülərin mənimlə müqayisə olunmasının ona fayda verəcəyini düşünmürəm" - "Real"ın sabiq futbolçusu

23:52 - 30 May 2026

Quti Hernandes İker Kasilyasa verdiyi müsahibədə Arda Gülər haqqında açıqlamalar verib.

Sportal.az xəbər verir ki, ispan futbol mütəxəssisi bildirib ki, Arda Gülərin özünə bənzədilməsi barədə sualına belə cavab verib:

“Ümid edirəm ki, Arda mənə bənzəməz… Çünki onda çox böyük keyfiyyət var, son pasları çox yaxşıdır və çox yaxşı futbol oynayır. Amma mənim haqqımda da həmişə bunlar deyilirdi. Buna görə də onun mənimlə müqayisə olunmasının ona fayda verəcəyini düşünmürəm. Belə oyunçular Bernabeuda işlər yaxşı gedəndə sevilir, amma işlər pis olanda ən çox tənqid olunanlar olurlar.”

Qeyd edək ki, "Real" və "Beşiktaş" formaları ilə ümumilikdə 608 oyuna çıxan Quti karyerasında 100 qol və 111 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti