Ronaldo və Mandzukiçdən sonra Haverts

23:10 - 30 May 2026

Kai Haverts müxtəlif komandaların heyətində UEFA Çempionlar Liqasında finallarında qol vuran cəmi üçüncü futbolçu olub.

Sportal.az xəbər verir ki, alman futbolçu "Arsenal"ın heyətində PSJ-yə qarşı final matçına start heyətində başlayıb və artıq 6-cı dəqiqədə hesabı açıb – 1:0.

Haverts daha əvvəl, 2021-ci ildə "Çelsi"nin heyətində "Mançester Siti"yə qarşı finalda qol vuraraq komandasına turnirin qalibi olmağa kömək etmişdi.

Bundan əvvəl müxtəlif klubların heyətində Çempionlar Liqasının finallarında qol vurmaq uğuru yalnız Kriştiano Ronaldoya ("Mançester Yunayted" və "Real") və Mario Mandzukiçə ("Bavariya" və "Yuventus") nəsib olmuşdu.

Xəbər xətti