Macarıstan polisi "Arsenal" və PSJ arasında keçiriləcək Çempionlar Liqası finalından əvvəlki gecə kütləvi dava salan futbol xuliqanlarının şəxsiyyətini müəyyənləşdirmək üçün videomüşahidə kameralarının görüntülərini aktiv şəkildə araşdırır.
Sportal.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, hadisə saat 00:20 radələrində Budapeştin 7-ci rayonundakı Kiray küçəsində baş verib. Sosial şəbəkələrdə toqquşmanın videogörüntüləri yayılıb. Həmin kadrlarda hər tərəfdən təxminən 30 nəfərdən ibarət iki qrupun qəddarcasına davası və pirotexniki vasitələrdən istifadə etməsi əks olunub.
Final matçı zamanı təhlükəsizliyin təmin edilməsinə hazırlıq hələ bir il əvvəl başlayıb. Çünki Budapeştə stadiona biletləri olmayan on minlərlə azarkeşin gələcəyi gözlənilir. Kütləvi iğtişaşların qarşısını almaq üçün bütün paytaxt boyu 4000-ə yaxın polis əməkdaşı xidmətə cəlb olunub.
Kiray küçəsindəki gecə davası xarici fanatların iştirakı ilə baş verən ilk insident deyil. Cümə günü polis artıq bir neçə həbs həyata keçirib. İki Portuqaliya və bir Britaniya vətəndaşı Çempionlar Liqasının azarkeş festivalı ərazisindəki davadan sonra saxlanılıb. Onlara qarşı xuliqanlıq ittihamı irəli sürülüb.
Daha bir britaniyalı isə vandalizmə görə həbs olunub. Həmin şəxs park edilmiş avtomobilin damına çıxaraq ona ziyan vurub. Hüquq-mühafizə orqanları həftəsonunun əsas idman hadisəsinə hazırlaşaraq şəhər küçələrində gücləndirilmiş iş rejimində patrul xidmətini davam etdirirlər.
saytlarin hazirlanmasi
