"Buna layiqdirsə, dünya çempionatına gedəcək" - Halk Neymarın milliyə cəlb olunmaması barədə

21:52 - 12 Aprel 2026

Braziliya millisinin sabiq forvardı Halk “Santos"un kapitanı Neymarın DÇ-2026-na yollanmalı olub-olmaması sualına münasibət bildirib.

Sportal.az xəbər verir ki, “Premiere”yə danışan “Atletiko Mineyro”nun təcrübəli futbolçusu yığmadakı keçmiş komanda yoldaşı barədə bunları deyib:

"Bağışlayın, amma mən oyuna fokuslanmışdım. diqqət yetirmişdim. Dünya çempionatına kimin getməli olub-olmadığına qərar vermək mənim işim deyil. Əgər o, buna layiqdirsə, dünya çempionatına gedəcək".

Daha əvvəl Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın hazırkı formasını yaxşılaşdırmalı olduğunu bildirmişdi. İtaliyalı mütəxəssis yalnız fiziki cəhətdən sağlam oyunçuları Braziliya millisinin dünya çempionatı üçün heyətinə çağıracağını vurğulayıb.

Neymar 128 matçda 79 qol vuraraq Braziliya millisinin bütün zamanların ən çox qol vuran oyunçusudur.

Xəbər xətti