"Qəbələ" legionerinin müqavilə müddətini artırdı

11:19 - 14 Aprel 2026

"Qəbələ" Prins Ovusu ilə bağlı qərar qəbul edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə klubu Ovusunun müqavilənin müddətini 2028-ci ilin iyun ayınadək uzadılıb.

20 yaşlı vinger “Qəbələ”nin heyətində keçirdiyi 29 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Qananın Nayan Akademiyasından transfer olunan futbolçu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.

Xəbər xətti