Çempionlar Liqası: "Atletiko" və PSJ yarımfinalda

01:01 - 15 Aprel 2026

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Sportal.az xəbər verir ki, "Atletiko" "Barselona"nı qəbul edib. İlk matçda 2:0 hesabı ilə qalib gələn "Atletiko" cavab qarşılaşmasında 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq yarımfinala yüksəlib.

"Liverpul" isə PSJ ilə qarşılaşıb. Hər iki matçda da qələbə qazanan PSJ adını yarımfinala yazdıra bilib.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

14 aprel

23:00 "Atletiko" – "Barselona" 1:2 (İlk oyun 2:0)

Qollar: A.Lukman, 31, - L.Yamal, 4, F.Torres, 24

Qırmızı vərəqə: E.Qarsiya, 79 ("Barselona")

23:00 "Liverpul" – PSJ 0:2 (İlk oyun 0:2)

Qol: O.Dembele, 72, 90+1

Xəbər xətti