“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın Çempionlar Liqasındakı ambisiyaları barədə danışıb.
Sportal.az xəbər verir ki, sabah londonlular turnirin 1/4 finalında “Sportinq”ə qarşı cavab oyununa çıxacaqlar. İlk görüşdə “topçular” 1:0 hesabı ilə qələbə qazanmışdılar.
“Bu yarışda biz klubun 140 illik tarixində hələ heç vaxt edilməmiş bir şeyi etməyə çalışırıq. Bu, bunun nə qədər çətin olduğunu göstərir.
Biz mövqeyimizi qiymətləndiririk. Yarımfinala çıxmaq istəyirik. Premyer Liqada da çox yaxşı vəziyyətdəyik, bu, son 22 ildə olmamışdı. Ona görə də bunun nə qədər çətin olduğunu anlayırıq. Bunun gözəlliyi də elə onun çətin olmasındadır. Çempionlar Liqası tariximizdə heç vaxt bu vəziyyətdə olmamışıq. Çoxlu maneələri aşmışıq. Əgər növbəti mərhələyə çıxmaq istəyiriksə, şübhəsiz ki, başqalarından daha böyük ambisiyaya sahib olmalıyıq. Bizdə bu var və hədəfimizə çox, çox yaxınıq”, – deyə Arteta bildirib.
saytlarin hazirlanmasi
