II Liqada XXII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" doğma meydanda "Quba"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:1 hesablı qqələbəsi ilə başa çatıb.
Xallarını 60-a yüksəldən "Qaradağ Lökbatan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 42 xalı olan "Quba" isə 3-cü yerdədir.
"Qaradağ Lökbatan" - "Quba" 5:1
Qollar: R.Quliyev, 43, 45, T.Axverdiyev, 55, S.Allahquliyev, 62, V.Hüseynov, 85 - B.Köçərli, 74
