"Sumqayıt" - "Qəbələ" matçının biletləri satışda

17:28 - 15 Aprel 2026

19 aprel, saat 18:00-da baş tutacaq “Sumqayıt” - “Qəbələ” matçının biletləri satışa çıxıb.

Sportal.az xəbər verir ki, biletəri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Bilet almaq üçün linkə daxil olmaq lazımdır. https://iticket.az/events/sport/sumqayit-fk-qebele-fk2026

Xəbər xətti