Yunanıstan çempionatının 28-ci turunun "Panatinaikos" - "Olimpiakos" matçını türkiyəli hakimlər idarə edəcək.
Sportal.az xəbər verir ki, görüşün baş hakimi Halil Umut Meler olacaq. Ona yan xətt hakimləri İbrahim Çağlar və Abdulla Bora Özkara köməklik göstərəcək.
Afina derbisi aprelin 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, 27 turdan sonra 58 xal toplayan "Olimpiakos" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 50 xalı olan "Panatinaikos" isə 4-cü yerdədir.
saytlarin hazirlanmasi
