Konfrans Liqası: Arda Turanın komandası Niderland səfərində

11:17 - 16 Aprel 2026

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

Sportal.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor" "AZ Alkmaar"la Niderlandda qarşılaşacaq.

Turnirin favoritlərindən hesab edilən "Fiorentina" və "Kristal Pelas" isə bu dəfə İtaliyada üz-üzə gələcək.

Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. "AZ Alkmaar" (Niderland) – “Şaxtyor” (Ukrayna)
İlk oyun 0:3

23:00. “Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə)
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya)
İlk oyun – 0:3

23:00. “Strasburq” (Fransa) – “Maynts” (Almaniya)
İlk oyun – 0:2

Xəbər xətti