Messi İspaniya klubunun sahibi oldu

20:59 - 16 Aprel 2026

"İnter Mayami"də çıxış edən Lionel Messi İspaniyanın "Kornelya" klubunun yeni sahibi olub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı vinger İspaniyanın səviyyəcə görə 5-ci divizionu olan Tersera Federasiyonda çıxış edən klubun səhmlərinin 100 faizini satın alıb.

"Kornelya" Kataloniyada yerləşir və gənc futbolçuların inkişafına önəm verən klub kimi tanınır. Müxtəlif illərdə komandanın sistemindən David Raya, Jerar Martin, Keyta Balde və Jordi Alba kimi futbolçular keçiblər. Messi Alba ilə həm “Barselona”, həm də "İnter Mayami"də birgə çıxış edib.

Xəbər xətti