Futbol üzrə Azərbaycan I Liqasında XXII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Difai"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarını 42 edən "Mingəçevir" turnir cədvəlinin 2-ci pilləsində yüksəlib. 13 xalı olan "Difai" isə 9-cu yerdədir.
"Mingəçevir" - "Difai" 2:1
Qollar: K.Kalunqa, 33, A.Usman, 90 (pen) - K.Kamta, 49
