İngiltərə klubu Ardanı bu yay transfer etmək istəyir

13:22 - 16 Aprel 2026

“Real”ın yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərədə davam etdirə bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Arsenal” Türkiyə millisinin üzvü ilə hərəkətə keçib. London təmsilçisinin baş məşqçisi Mikel Arteta Ardanı şəxsən sərəncamında görmək istəyir.

İngilislər artıq bu yay onunla rəsmi müqavilə imzalamağı planlaşdırır.

21 yaşlı yarımmüdafiəçinin “Real”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 90 milyon avrodur.

“Gənclərbirliyi”nin yetirməsi 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.

Xəbər xətti